
1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir.
Mәlumata görә, bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib.
Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.