Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Zeynəb Həsəni səhhətindən danışıb.
BakuXeber.az xəbər verir ki, hazırda Türkiyədə müalicə alan sənətçi səhhəti ilə bağlı ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinə açıqlama verib.
“Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstəlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum”, – deyə müğənni açıqlamasında bildirib.
Qeyd edək ki, Zeynəbin anası bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat edib.
Xatırladaq ki, Z.Həsəni “Leyli” mahnısı ilə məşhurlaşıb