Serbiya Prezidenti Aleksandr Vuçiç təcili olaraq xəstəxanaya yerləşdirilib.
“Bakuxeber.az” xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “b92” portalı yayıb.
Bu barədə məlumat hələ ki rəsmi təsdiq olunmayıb.
Qeyd edək ki, Vuçiç 2019-cu ildə ürək-damar xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
“Sputnik International”ın məlumatına görə, Vuçiç xəstəxanaya yerləşdirilməsi barədə məlumatı təkzib edib.
Onun sözlərinə görə, səhhəti ilə bağlı hər şey qaydasındadır. O, həmçinin bildirib ki, ölkə üzrə planlaşdırılan səfərinə yollanmağa hazırlaşır.