Ruhiyyə Əliyeva tədbir haqda status paylaşıb.
Gələcəyimizi öldürməyək…. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə “ Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı bu günki tədbir məni o qədər duyğulandırdı ki, bu barədə azacıq yazmaq istədim. Tədbir boyu qarşımızda əyləşmiş övladlarımızım sevgi dolu saf gözlərinə, dərd-kədərdən uzaq gülərüz simalarına baxdıqca düşündüm ki, bu balacalar böyüyərək bir gün hərəsi bir peşə, bir məslək sahibi olacaqlar. Bəlkə də bu uşaqlardan kimsə elə bir alim və yaxud dünya şöhrətli elə bir yazıçı, həkim və ya müəllim olacaq ki, sadəcə onunla hər birimiz qürur duyacağıq. Bir gözüm bu uşaqlara baxaraq xoş xəyallar qurduğum zaman bir gözüm də ətrafda olan böyük manitorlardakı ora-bura şütüyən saysız-hesabsız avtomobillərə baxaraq, habelə uşaqların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası eşidərkən içim qan ağlayırdı… Uca Tanrı sən bütün uşaqları avtomobil qəzalarından hifs et, onların gözəl gələcəklərinin yarıda qalmasına imkan vermə, onları pənahında saxla. Axı biz nə edək ki, bu dəhşətli qəzalar baş verməsin? Axı nə edək ki, ömürlər yarıda qalmasın? Məgər qaydalara əməl etmək beləmi çətindir? Sərxoş və ya narkotik maddələrin təsiri altında, diqqətsiz və kobud şəkildə avtomobil idarə edənlər sadəcə qorxun…Daxili İşlər Nazirliyinin əməkdaşlarının və bir sıra rəsmi qonaqların çıxışlarını dinləyərkən bu məsələnin onlar üçün də nə qədər həssas olduğunu görürdüm. Bu mərkəzdə nəqliyyatın idarə olunmasına nəzarətin son dərəcədə yüksək səviyyədə təşkil olunması, müasir və intellektual idarəetmə, yol polisi əməkdaşlarının vəzifələrini necə vicdanla yerinə yetirməsi məni çox sevindirdi. Həmişə olduğu kimi Azərbaycan Polisinin və Mərkəzin əməkdaşlarının peşəkarlığı yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını alan əsas səbəblərdən biridir.
Uşaqlarımızı qorumaqla dövlət və millətimizin gələcəyini də qorumuş oluruq. Nə olar gələcək əsgərimizi, alimimizi, həkimimizi öldürməyək….