Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovla bağlı vətəndaş gileyini sizlərə təqdim edirik.
Qusar sakinləri başçının əlindən DAD deyir – MÜRACİƏT
BAKUXEBER.AZ xəbər verir ki,DİA.AZ bildirir ki, sözügedən materialda olduqca ilginc iddia və ittihamlar yer almışdı. Bu dəfə isə sakinlər dediklərini əks etdirən fotoları redaksiyamıza yollayıblar.
Sakinlər yazır:
“Şikayətimizi işıqlandırdığınıza görə sizə bütün sakinlər adından təşəkkürümüzü çatdırmaq istəyirik.
Əlavədə sizə şikayətimizdə sadaladığımız obyektlərin fotolarını təqdim edirik.
Şəkildə gördüyünüz “Bənövşə gölü”-nün 2 il öncəki, və hal hazırki vəziyyətini görə bilərsiniz. Göl tamamilə qurudulub.
Bundan əlavə Şair Alxasovun oğlu İlkinin adına tikdirdiyi “İlk İnn” otelin şəkillərini, “Təzə Bazar” Ticarət Mərkəzinin və “Yaşıl Park” restoranı görə bilərsiniz”.
Məsələ ilə bağlı Bakuxeber.az olaraq qarşı tərəfi dinləməyə hazırıq…
Bir çox problemin həllində sizin koməkliyiniz var
Təşəkkür edirik sizə 🙏