Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib
Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.
Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.
“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm… Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə, saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı, bilmirəm”, – Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiya onun hüquqlarını qoruyacaq.