Redaksiyamız Biləsuvar rayon şəhidi Hikmət Bağırovun evində olmuşdur.
Nəzərinizə çatdırmaq istəyirik ki, 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla həqiqi hərbi xidmətə yollanmışdır.O, hərbi xidmətdə kəşfiyyat qurupunda xidmət etmişdir. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına şəhid olmuşdur. Hikmət Bağırlı 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidimizin ailəsi ilə söhbət zamanı bəzi məqamlar ortaya çıxdı. Belə ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətov Dövlət başçısı cənab İlham Əliyevin səlahiyyətlərini heçə sayaraq bu gün rayonda heç bir şəhid ailəsinə hörmət etmir, onlarla maraqlanmır.
Şəhidimizin atası Bağırov Qəhrəman Telman oğlu bildirmişdir ki, dəfələrlə icra başçısına iş üçün müraciət etmələrinə baxmayaraq Faiq müəllim onlara kömək etməmiş, hələ bu azmış kimi söhbət əsnasında şəhidimizin atasına arxa çevirmiş, arxası ilə danışmışdır. Axı rayon İcra başçıları Prezidentimizin səlahiyyətli nümayəndələridirlər.
Qəhrəman müəllim daha sonra bildirmişdir ki, hər dəfəsində Faiq müəllim və onun köməkçisi Azər ona qarşı hörmətsiz və diqqətsiz yanaşmışlar. İcra başçısı hələ bu azmış kimi şəhid övladınıza bir dəfə il verə bilərsiniz demişdir. Bir dəfə il verdiniz bəsdi. Cənab Prezident sizə pensiya ayırmışdır, gedin o pensiyanı yeyin deyə bildirmişdir.
Maraqlıdır, bu İcra başçısı və onun köməkçisi bu gün kimə və nəyə arxayın olaraq rayonda bu cür at oynadırlar. Görəsən öz yaxınları şəhid olsaydı, bu torpağın azadlığı uğrunda canlarından keçsəydilər, onlarında ailəsinə bu cürmü yanaşaçaqdılar?
Redaksiya olaraq Şəhidimizin atasının şikayətini sizlərlə paylaşırıq. Həmçinin məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı orqanlara, həmçinin güc strukturlarına.
Prezidentin səlahiyyətlərini heçə sayaraq öz vəzifəsindən sui istifadə edən, işinə məsuliyyətsiz və biganə yanaşan Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Faiq və onun köməkçisi Azər barəsində lazimı tədbirlər görülsün.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.