“Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq”.
Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında qeyd edib:
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”.Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, #dayanıqlıiqtisadi fəaliyyət, #enerjiresursları-ndan səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq. Azərbaycanda #iqtisadiyyat-ın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura #investisiya-ların təşviqi və #qeyrineftsektoru-nun inkişafı barədə müzakirə apardıq.