İşğaldan azad olunan ərazilərdə vətəndaşlar üçün tikilən mənzillərlə bağlı səlahiyyətli şəxslərin maxinasiyaları üzə çıxır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Ağdam Füzuli Xocavənd rayonunda Xüsusi Nümayəndəliyin əməkdaşları Füzuli şəhərində mənzil almış sakinləri Bakıya göndərib özləri həmin mənzildə kirayə yaşayırlar. Bu haqda cumhuriyyet.az-ı məlymatlandıran mənbənin sözlərinə görə Füzuli şəhəri bina 33, mənzil 735 də Pərviz adlı işçi hal hazırda kirayə yaşayır, mənzilin qanuni sahibi olan Süleymanov Nofəlin Natiq adlı qardaşı Bərpa tikinti xidmətində sürücü işləyir. Natiq sakinlər arasında deyib ki mən mənzili kirayə vermək istəmirdim Vilayət müəllim mənə təsir etdi ki mənzili Pərvizə verməlisəm Azər müəllim tapşırıb , Digər əməkdaş Elşad isə Füzuli şəhərində bina 4, mənzil 97 də Xəyaləyə məxsus mənzildə kirayə qalır. Onu da qeyd edək ki Elşadın i müəyyən məbləğdə rüşvət verərək bu qurumda böyük məsləhətçi vəzifəsinə təyin edilməsi haqda iddialar var. Həmin iddialarda o da bildirilir ki, Vilayət Muxtarov 3600 manat müqabilində 23 binanın altını – 46 kv.mş yeri Ruslan adlı şəxsə verib.
Mövzunu davam etdirəcəyik…