
Bakuxeber.az xəbər verir ki,bir neçə gün öncə “Azerbaycanrealligi.com” saytı’nın rəhbəri Dəyanət Babayev öz saytında dərc edib ki, Emin Hüseynova məxsus “Demon” MMC istehsal etdiyi araqlar saxtadır və satışı “AQTA” tərəfindən qadağan olunub.
Bizdə ənənəyə sadiq qalaraq qarşı tərəflə yəni Emin Hüseynovla əlaqə saxladıq.
E.Hüseynov qeyd etdi ki,dərc olunan xəbər yalandır və qərəzli şəkildə uydurma yazıdır.
Dəfələrlə sayt rəhbəri Dəyanət Babayev məndən müəyyən məbləğlərdə pul alıb.
O yenə pul tələb edəndə məndən dedim vermirəm daha yetər bəsdir.
Dəyanət Babayev’də o dediyi məbləği vermədiyim üçün bu yola əl atıb.
Yəni mənim şirkətimin nüfuzunu yerə salmaq üçün əlindən gələni edir.
Sonda onu deyim ki, “Demon” MMC araq zavodu işləyir və yüksək səviyyədə araqlar istehsal edir.
Vətəndaşları belə qərəzli yalan xəbərlərə inanmamağı tövsiyə edirəm.