Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.