Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyunun 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.