Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 7-ci işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyyet Genel Müdirinin müavini, general-mayor Resul Holoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 6-da nümayəndə heyətini qəbul edib.