Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi baş tutub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Səbail Rayon Polis İdarəsinin Təhqiqt şöbəsinin rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev tutduğu vəzifəsindən azad olunaraq Suraxanı Rayon Polis İdarəsində kiçik vəzifəyə təyin edilib.
Qeyd edək ki, hazırda Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımovdur.