“Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə “Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: “Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”.
Xatırlatma: R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.