Vətən müharibəsinin daha 68 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu
İyulun 13-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.