ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Nadir Bayramlı olub.
İfaçı Türkiyədə efirə çıxmaq üçün avtomobilini satmasından danışıb:
“İlk avtomobilim ağ rəngdə VAZ-2106 olub. Türkiyə kanallarında efirə çıxmağı, orada da tanınmağı çox arzulayırdım. Artıq Bakıda müəyyən qədər tanınmışdım.
“Sevgililər görüşəndə” adlı mahnım populyar olmuşdu. Musiqi albomu da yazdırmışdım, amma hələ çıxmamışdı. Düşündüm ki, Türkiyəyə gedib çalışım ki, o mahnını efirdə səsləndirim. Pulum yox idi, avtomobilimi satmağa məcbur oldum.
Qaynım Türkiyədə yaşayırdı, ona zəng vurdum ki, orada efirə çıxmaq istəyirəm. Dedi ki, tanışım var, efirə çıxmağa o kömək edə bilər. O vaxt İzzet Altınmeşənin “İzzet-i ikram” verilişi var idi, biz də ora görüşə getdik ki, bəlkə növbəti verilişdə bizi də dəvət edər. O, qrim otağında olanda bizlə görüşdü. Və elə həmin gün efirə çıxardı. Mahnımı oxudum