Bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilir. Final mərhələsinin mentor keysində müsabiqənin idarəçi rəhbərlərindən biri olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də iştirak edir. Dövlət Komitəsinin sədri finalçılar – Cavid Əliyarlı, Pərviz Allahverdiyev, Aynur Əhmədzadə, Toğrul Rəhimbəyli, Kənan Bağırov, Murad Kərimovun “Məcburi köçkün gənclərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşdırılması üçün hansı stimullaşdırıcı tədbirlər görülməlidir?” mövzusunda təkliflərinin müzakirəsində iştirak edir. Təkliflər günün sonunda ekspertlər tərəfindən qiymətləndiriləcək.
Finalçılara uğurlar arzulayırıq.