İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumilikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.
Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər üç il müddətinə sosial yardım paketlərindən yararlana biləcəklər.
Bəs ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi?
Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov Modern.az-a danışıb.
G.Hüseynov bildirib ki, köç başa çatdıqdan sonra məsələ ilə bağlı danışıqlar aparılacaq:
“Hazırda Ağalı işıq və su ilə tam təchiz olunub. Ağalılar da, biz də ümid edirik ki, dövlətimiz kommunal xidmətlərlə bağlı 40 ailəyə güzəştlər edəcək