Əvəz Hafizlini qətlə yetirən əmisi oğluna 9 il 6 ay həbs verildi
Əmrulla Gülaliyev fevralın 22-də Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində əmisi oğlu Əvəz Hafizlini qətlə yetirib. Əvəz Hafizli boğazı və cinsi orqanı kəsilərək öldürülüb.
Məhkəmənin qərarıyla, Əmrulla Güləliyev qəsdən adam öldürmə maddəsilə təqsirli bilinib və 9 il 6 ay azadlıqdan məhrum edilib.
Əvəz Hafizli reportyor və LGBT fəalı olub. O, LGBT fərdlərinin hüquqlarıyla bağlı etiraz aksiyalarında iştirak edirdi.
Ölümündən bir müddət əvvəl, Sevinc Hüseynovanın təhdidlərindən sonra Əvəz Hafizli özünü Baş Prokurorluq binasına bağlamışdı.