Sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının mübahisəsini əks etdirən kadrlar yayılıb.
DYP idarələrindən birinin inzibati binasının həyətində lentə alınan kadrlarda polislərin həmkarlarının yanında mübahisə etməsi əks olunub.
İddia edilir ki, polis əməkdaşlarından biri oğlunun cərimə meydançasında olan avtomobilini götürmək üçün sözügedən idarəyə gəlib və avtomobilin ona verilməsini tələb edib. İdarədəki səlahiyyətli şəxslər isə bununla razılaşmayıb və avtomobilin sahibinin idarəyə yaxınlaşmasını tələb ediblər. Bu zaman polislər arasında mübahisə yaranıb.
DİN əməkdaşlarının bir-birlərini təhqir etməsi, həmkarlarına “işverən” deyə xitab etməsi müzakirələrə səbəb olub.
Sözügedən kadrları təqdim edirik:
https://youtu.be/TrY63CzQGnU