‘Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək’ İctimai Birliyində yeni təyinat . Xeyli müddətdir ki, Birliyin könüllü üzvü olan
Günay İman Birliyin mətbuat xidməti rəhbəri vəzifəsinə təyin olunub.
Vətənpərvər xidmətləri və xeyirxah əməlləri ilə hər zaman insanların, xüsusilə şəhid ailələrinin və qazilərin yanında olan Günay xanım Birlik sədri Yasəmən Qəyyumlunun etimadını doğruldacağını və Birliyin prinsiplərini hər zaman əsas tutaraq xidmət göstərəcəyini bildirib.
Birliyin rəmzi olan əsas vəsiqə Günay İmana təqdim olunub. Təqdimatda ‘Ədalət yolu’ qəzetinin redaktoru Lalə Həşimova və birliyin üzvləri iştirak ediblər.
Bizdə BakuXeber.Az olaraq “GÜNAY İMAN”xanımı təbrik edirik.
https://youtu.be/RnYcYDqMb8g