Tovuzda piyadanın ölümü ilə nəticələn avtomobil qəzası baş verib.
BakuXeber.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan KİA markalı avtomobil 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.