Bu yol Babək prospektindən, üzü Günəşliyə gedən yoldur .Başı bəlalı ölüm yolu …
“QARAÇUXUR ƏRAZİSİ”,Nə qədər şikayət etdiksədə,yazdıq ,məlumat verdik ki,piyada keçidi qoyun hərbi çastın yoluna .Dayanacaq olsun . heç kim saymadı .
Cavabları belə oldu ki,orda piyada keçidinə icazə yoxdur .Və ya yol salmaya aid deyil kimi bəhanələr .
Araz tikiləndən sonra o dəq qanun yaddan çıxdı piyada keçidi düz arazın yanında qoyuldu..Hətta tras yolda bir Araz başlanğıcında və Araz bitişində dönmə əməliyyatı üçün qırıq-qırıq xətt qoyuldu ..(Hətta o qırıq-qırıq xətti yalnız o yoldan istifadə edənlər bilir .izi -tozu belə görsənmir) Hər gün dönmə əməliyyatını həyata keçirən avtomobillər qəza törədir .Elə mən özümdə taksi xidmətində olduğum zaman qəzaya düşdüm .Şükür ki,türklər demişkən ucuz atlatdım ..
Deməli qanun yoxdur ki,daimi riayət olunsun .Pul hər bağlı qapını açır.
Piyada keçidi qoyulub Araz marketin yanına. Amma əməl edən bir sürücü yoxdur ..Səhər 10 dəq gözləmişəm ki,maşınlar dayansın mən keçim marketə .Deməli belə çıxır ki,piyada keçidi də heçnədir .İstənilən vaxt adamı əzə bilərlər .
Sürücüləri də qınamaq istəmirəm .Bilirsiniz niyə .Yerdə zebradan əsər əlamət yoxdur. Yalnız solda olan piyada keçidi nişanından başqa .Eləcə də bu yerdə olan dönmə xətt nişanına da aiddir .
Bakı Nəqliyyat Agentliyi zəhmət olmada aydınlıq gətirərdiniz .İlk öncə yollara nəzarət edənlər ,xətt pozulanda bərba edənlər hardadırlar? Niyə boşuna maaş alırlar? İşləməyəcəklərsə ,çıxsınlar işini bilən ,onu vaxtı -vaxtında icra edə bilən işçilər olsun.
İkinci isə niyə hərbi çastın yoluna piyada keçidi qoyulmadı Araz tikilən kimi dərhal o istiqamətə qoyuldu ? Yəqin yol salmaya Araz market daxildir .Sadəcə gülürəm .
Belə çıxır ki,millətin rahatlığı yox,cibə gedən rüşvət önəmlidir..
Dövlət Yol Polisi başqa yerlərdə gizlin durub,cərimə yaza bilirsiniz …Bəs piyada keçidində ,piyadalara yol verməyən sürücüləri niyə cərimələmirsiniz . Gözlüyürsünüz ki,bir neçə nəfər əzilsin sonra kamera qoyulsun .
Nə qədər yazsam faydası olmyacaq. Hər kəs bu dəq pula baxır .Puı varsa qanun var ..
Elə bizim bu yol söhbəti kimi. Qanunda bura piyada keçidi olmaz .və.s bəhanələr ..
Araz Marketə olar. Çünki hərbi çastın yolunda piyada keçidi qoysalar sərf etməz. Amma digər tərəfdə sərf edir axı .Cib dolur ..
Hələ bir neçə il bundan əvvəl həmin dönmə əməliyyatı üçün qırıq -qırıq xətti yanımızda moyka var ,ona görə qoymuşdular .Üstü də Restoran idi. Yəni müştəri əziyyət çəkməsin rahat restorana dönə bilsin.
Sonra o işçilər çıxdı .qırıq -qırıq ləğv olundu 😂.aylıq verən olmadı yəqin .Həm də düz kameranın altı .
Özünüzü ağıllı ,milləti tupoy yerinə qoymaqdan vaz geçin !!!