Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
İlham Əliyevin müsahibəsi postmünaqişə reallıqları zəminində inkişaf edən hadisələrə Azərbaycan dövlətinin baxışının məcmusudur.
Prezidentin açıqlamaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair aparılan danışıqların məzmununun bəzi detallarını ortaya qoyur.
Ermənistan hakimiyyəti 10 Noyabr Bəyanatından sonrakı gedişatların incəliklərini daxili auditoriyanı sakitləşdirmək və Bakının tərtib etdiyi güzəştlərə hazır olduğunu gizlətmək məqsədilə təhrifedici formada təqdim edib.
Bunun bariz nümunələrini baş nazir Nikol Paşinyanın danışıqlardan əvvəl bir cür, müzakirələrdən sonra fərqli tərzdə çıxış etməsində görə bilərik və Paşinyanın belə tövrü münasibətlər tam normallaşana qədər davam edəcək