Müğənni Firəngiz Rəhimbəyova vəfat edib.
Bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.
Onun sözlərinə görə, müğənni ürəktutmasından vəfat edib.
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.
1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.
Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox “Bəxt üzüyü” filmindəki Sevda (Seda) rolu ilə məşhurluq qazanıb.
1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
Allah rəhmət eləsin!