İbrahim Tatlıses qızı ilə birgə yol qəzasına düşdü Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yol qəzasına düşüb. APA TV-yə NTV-yə istinadən xəbər verir ki, qəza Bodrumda baş verib. İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşub. Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb. Sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb. Müxtəlif xəsarətlər alan Tatlısəsin həyati təhlükəsi olmadığı bildirilir.
Trend Xəbər
02 May 2024
30 Aprel 2024
28 Aprel 2024