Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Biz dini və mədəni köklər ilə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuz il ərzində dövlətlərarası əlaqələrimizin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Eyni zamanda beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı, ölkələrimizin qarşılıqlı dəstəyini yüksək qiymətləndirirəm.
Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qardaş xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.
Əlahəzrət, fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.