Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən sonra Fövqəladə Hallar naziri medianın diqqətinə gəlib. Uzun müddət az qala barəsində neqativ materiallar dərc edilməyən Kəmaləddin Heydərov indi bunun əksilə üzləşib. Vaxtilə həm iqtisadi, həm də siyasi təsir imkanları güclü olan “fövqəlnazir” indi sanki “vurulmuş məmur” təsiri bağışlayır.
2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət nümayəndələrinin dilindən kardinal islahatlara gediləcəyi barədə açıqlamalar eşidilməyə başlandı. İctimaiyyət bunu ciddi qəbul etməsə də, 2019-cu ildə həqiqətən cəmiyyət üçün gözlənilməz olaylar baş verid.
Baş nazir Novruz Məmmədovun istefası ilə başlanan proses Baş nazirin müavini Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezidentin köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “yola salınması” ilə zənginləşdirildi.
Ardınca görünməmiş anti-korrupsiyası aktlarına imza atıldı. Dövlət Təhlükəsizlik Xidməti (DTX) yerli və mərkəzi icra hakimiyyətlərində yüksək vəzifəli şəxslərin həbsilə müşayiət olunan əməliyyatlar keçirdi. İlk dəfə olaraq əməliyyat çəkilişləri ictimailəşdirildi.
Cəmiyyət icra başçılarının, onların müavinlərinin, mərkəzi icra hakimiyyətlərindəki yüksəək vəzifə tutan məmurların rüşvət və korrupsiya əməliyyatlarını əyanı şəkildə gördü.
Hakimiyyətin səmimiliyinə inanlar ölkənin birinci şəxsini daha radikal atmağa səsləyərkən, baş verənləri imitasiya hesab edənlər həbslərin, istefaların əslində iqtidardaxili ziddiyyətlərin təzahürü olması barədə mülahizələr irəli sürdü.
Mülahizələrin ana xəttini “yenilər”lə “köhnələr”in savaşı təşkil edirdi ki,bundan doğan nəticə Kəmaləddin Heydərov uzun müddət yüksək vəzifədə təmsil olunmağın hesabına oliqarxa çevrilən köhnəyə komanda aid bütün məmurların “vurulacağı” barədə idi. Yəni, Kəmaləddin Heydərovun da vəzifəsinə əlvida deyəcəyi barədə bundan əvvəl də danışırdılar.
Beləliklə Kəmaləddin Heydərov da “yola salınır”
Buna rəğmən Fövqəladə Hallar Kəmaləddin Heydərov naziri barədə hələ mediada neqativ materiallar dərc edilmirdi, yaxud çox az gözə dəyirdi. Prezident İlham Əliyevin məşhur müsahibəsindən sonra isə Kəmaləddin Heydərovun varidatı barədə mətbuatda müxtəlif faktların dərcinə start verildi. Bu arada oxucuların yadına salaq ki, Prezident AzTV-yə müsahibəsində Fövqəladə Hallar nazirini də tənqid atəşinə tutmuşdu.
“Fövqəladə halla naziri mənə müraciət edib ki, icazə verin Şuşada Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq. Yenə də eyni məqsədlə yenə də torpaq, yenə də hasar, yenə də tikanlı məftil, iqamətgah…”, –
deyə ölkə başçısı bildirmişdi. Bu müsahibədən qısa müddət sonra Kəmaləddin Heydərovun istefaya göndəriləcəyi barədə məlumat yayıldı. Hakimiyyətə yaxin media orqanları da bu xəbəri həvəslə tirajladı. Ardınca Kəmaləddin Heydərovun qardaşının bahalı avtomobil kolleksiyası sosial şəbəkələri və veb-medianı bəzədi. Bu gün isə Kəmaləddin Heydərov və ailəsinin yaxın şirkətlərin vergi borcu barədə siyahı yayılıb (həmin yazını oxuyun). Bütün bunların təsadüfi olduğu əlbəttə inandırıcı deyil.
Təcrübə göstərir ki, hansısa yüksək vəzifəli şəxs işdən çıxarılmamışdan öncə mediada onun əmlakları, biznes imperiyası, korrupsiya əməliyyatları barədə materiallar yayılır. Deməli, artıq Kəmaləddin Heydərov vidalaşmaq üçün zamanını gözləyir. Bəzi iddialara görə, mart ayına qədər o postunu təhvil verə bilər.
Hətta Fövqəladə Hallar Nazirliyinin ləğv edilərək əvvəlki tək komissiya şəklində fəaliyyət göstərəcəyi barədə də mülahizələr irəli sürülür.
BakuXeber.az xəbər verir ki, FHN- də rüsvayçılıq daha da Kamaləddin Heydərovun biyabırçı şəkildə işdən azad olunmasına yol açdı.
BakuXeber.az qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.