Dövlət Komitəsi Laçın şəhəri, Zabux və Sus kənd sakinlərinə müraciət edir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin – doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsi ilə sorğu aparır.
Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğusu işlənilməmiş vətəndaşlardan aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
0559001205;
0559001214;
0559001227;
0559001228;
0559001229;
0559001230;
0559001231;
0559001233;
0559001259;
0559001505.