Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara zorakılıq göstərən şəxslər saxlanılıb.
BakuXeber.Az xəbər verir ki, bu gün bir araya gələn valideynlər övladlarına zorakılıq edən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində reabilitasiya mərkəzinin sahibəsi Nuranə Hacızadə saxlanılıb. Onunla yanaşı görüntülərdə uşağa zorakılıq göstərən Aytac Kazımı və Səbinə əliyarbəyli də saxlanılıb.