Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə ona hökm oxunub. Hökmə əsasən, E.Məmmədov 6 ay müddətə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib. Polkovnik Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib.
Xatırladaq ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid etmişdi.