Bakı Dövlət Universitetinin dörd tələbəsi suşidən zəhərlənib.
“Report”un əldə etdiyi məlumata görə, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır.