13 oktyabr saat 19:50 radələrində Faiqoğlu şirkətinə məxsus 10-TH-157 dövlət nömrəli avtobus sürücüsü Tehran Quliyev yenidən sərnişin tərəfindən döyülməsi faktı aşkarlanıb.
Döyülmə faktının görüntüləri 19-cu Polis bölməsinin təhqiqatçısı Elxan adlı polis əməkdaşındadır.
Bundan əvəldə Tehran Quliyev sərnişin tərəfindən döyülmüşdü və işə 29-cu Polis bölməsi baxırdı,ama baxmasan ondan yaxşı idi.Çünkü cürbə-cür bəhanələrlə yola verirdilər, və
Həmin döyən adamı tapa bilmirik dedilər.
Tehran Quliyev Faiqoğlu şirkətində 5 ildir ki, çalışır və nümunəvi sürücü kimi dəfələrlə mükafatlandırılıb.
Bakuxeber.az olaraq 19-cu Polis bölməsinin təhqiqatçısı Elxan müəllimlə əlaqə saxlasaqda bizə bildirdi ki,Polis zabitylə belə şərtlə danışa bilməzsiz gedin otrun gözləyin və bildirdi ki,görüntüləridə vermirəm.Həmçinin Faiqoğlu şirkətinin əməkdaşı İlkin adlı şəxsdə görüntüləri verməkdən imtina etdi.
Məsələylə bağlı Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, baş vermiş hadisə araşdırılacaq və obyektiv şəkildə hüquqi qiymət veriləcək.
Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarından bu işə ciddi baxılması üçün xahiş edirik.