Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsi Faiqoğlu şirkətinin 79 nömrəli 10-TH-157 dövlət nişanlı Avtobus sürücüsü Tehran Quliyevin sərnişin tərəfindən döyülməsiylə bağlı dərhal operativ reaksiya verilib.
Avtobus sürücüsü Tehran Quliyevi döyən Teymurzadə Mais Teymur oğlu artıq “Nəsimi Rayon Polis İdarəsi” tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Polisin operativ reaksiyasına və məsələyə həssaslıqla yanaşdığına görə Daxili İşlər Nazirliyinə və şəxsən Cənab Nazir Vilayət Eyvazova dərin təşəkkür edirik.
YAŞASIN AZƏRBAYCAN POLİSİ
Trend Xəbər
23 Noyabr 2024