Vətəndaşların bank kartlarından kiber üsullarla pul talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib.
O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb.
Araşdırmalar davam etdirilir.
Trend Xəbər
23 Noyabr 2024