Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Astar” verilişində uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayevdən danışıb.
Verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasında bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.
Dadaşovanın cavabı isə son dərəcə sərt olub: “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.
Trend Xəbər
05 Noyabr 2024