Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Bakuxeber.Az-ın məlumatına görə, hazırda su basmış ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir. Yollar palçıqdan təmizlənir, partlayış baş verən su borusunun təmiri ilə bağlı qazıntı işləri aparılır.
Artıq borudan su axmasının qarşısı alınıb. Ərazidə “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işləyirlər.