Daxili işlər naziri Vilayət Eyvazov Bərdə şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Həmin gün nazir 152 vətəndaşı dinləyib, 78-i Vətən müharibəsi iştirakçısı olmaqla 325 gənci polis orqanlarında xidmətə qəbul edib.