Qaradağ rayonunda yerləşən “Qobu Park 2”-də 17-ci binanın sürşmə və binanın əyilməsiyə bağlı araşdırmalar aparılıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da bugün həmin 17-ci binaya baxış keçiriblər.
Məsələ ilə bağlı Binanı inşa edən “Kristal Abşeronun” nümayəndələri də binanya baxış keçiriblər, və nəticəsi baradə açıqlama verərək bildiriblər ki,bina heç bir aşma təhlükəsi risqi daşımır.
Və sonda Komitə Sədri Rövşən Rzayev “Qobu Parkda” olan neqativ halların qarşısı alınması üçün Mənzil İstismar İdarəsinin rəyisinə ciddi tapşırıqlar verib.