Rəqqasə Fatimə Fətəliyeva Canana və Mətanət İsgəndərli barışığının səmimi olmadığını vurğulayıb.
Bakuxeber.Az xəbər verir ki, bu barədə rəqqasə ARB-də yayımlanan “Həmin Zaur” verilişində danışıb.
Aparıcının “İndi onlar barışdılar, sən qaldın ortada pis” sözlərinə cavab olaraq Fatimə: “Mən inanmıram ki, o, səmimi bir barışıqdır, bu mənim fikrimdir”, – deyə əlavə edib.
Qeyd edək ki, Fatimə Mətanət İsgəndərlinin göstərişi ilə Canananı doğum günündən qovmuşdu. Canana isə yaxın günlərdə sosial media hesabında Mətanət İsgəndərli ilə barışdıqlarını bildirib.