Şəki rayonu çeşməli kənd ərazisində yerləşən Əhmədbəyli meşa yaşayış massivində Məcburi köçkünlərin əkdiyi taxılları yerlə,yeksan edən Şəki rayon Meşə idarəsinin rəisi Əkrəm Babayev və Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər Nazirliyinin müavini Vüqar Kərimov məcburi köçkünlərin əkdiyi taxılları və yoncalara qənim kəsilib.
Vüqar Kərimov qeyd edir ki,həmin ərazilər bizə məxsusdur və orda fındıq ağacları əkirik.
Məsələyə aydınlıq gətirmək üçün Bakuxeber.az olaraq üz tutduq Şəki rayonuna.
Məcburi köçkünlər qeyd edir ki,biz illərdi bu ərazidə taxıl yonca əkib dolanırıq,ama bu son iki ildə bizə qənim kəsilən Ekologiya və təbii sərvətlər Nazirliyinin müavini Vüqar Kərimov bizə zülm edir.
Əhmədbəyli meşa yaşayış massivində müvəqqəti məsgunlaşan məcburi köçkünlər qeyd etdilər ki,biz ağac əkməklərinə etiraz etmirik sadəcə bizə 5.6 ay möhlət versinlər ki, əziyətlə əkdiyimiz taxılın yoncanın bəhrəsini görək.
Yox əyər gözləmək istəmirlərsə onda bizim çəkdiyimiz xərclərimizi düzgün hesablayıb kompensasiyamızı ödəsinlər.
Və həmin ərazinin Şəki rayon polis bölməsinin rəisi Azər Muradovun polis əməkdaşı məcburi köçkünləri bölməyə çağıraraq hədə qorxu gələrək qeyd edib ki, əyər bu işə qarşı çıxsanız hamıvızı içəri basaram ağıllı olun.
Trend Xəbər
23 Noyabr 2024