Aparıcı Elgiz Əkbər verilişində iştirak edən şəxsi məhkəməyə verəcək.
Bu barədə o öz proqramında danışıb. Buna səbəb isə Elgizin həmin adamı tatara bənzətməsi olub:
“Verilişə evlənmək üçün oğlan gəlib. Onun da gözləri qıyıqdır. Demişəm ki, tatarlara oxşuyursan. Onlar haqda kitablar yazılıb, tarixdə ad qoyublar. Bəyəm mən kimə oxşatmışam ki? Sən tarixi bilmirsən, onların kim olduğundan məlumatlı deyilsən. Şüursuz, tərbiyəsiz, savadın yoxdur, cahil adamsan. Məni müzakirə edirsən ki, guya mən oğlanı verilişdə aşağılamışam. Bizim hamımızın kökü eyni yerdən gəlir. Onu məhkəməyə verəcəm. Artıq vəkilim bu işlə məşğuldur. Onun başına oyun gətirəcəm. Belələrini mütləq ifşa etmək lazımdır”.