
Prezident general-mayoru rəis təyin etdi
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.
Bakuxeber.az Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.