SON DƏQİQƏ: Naxçıvandan olan sabiq məmur məhkəmədə öldü
Bakıda müttəhim məhkəmə zalında keçinib.
Müttəhim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı dünyasını dəyişib. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat paylaşıb.
Məlumata görə, hadisə Bakı Ağır Cinayətlərdə Məhkəməsində qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə, Ş. Qədimov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. O, dələduzluqda təqsirləndirilirdi.