Dünən Bakının Binəqədi rayonunda Cavadxan küçəsində baş verən partlayışda həlak olan polis əməkdaşı Məhəmməd Babayev Qubanın İkinci Nügədi kəndindəndir.
BAKUXEBER.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumun Qubada yaşayan qohumlarından əldə etdiyi məlumata görə, Məhəmməd Babayev Bakı Şəhər Dövlət Yol polisi idarəsində işləyirdi.
Mərhum 2 ay yarım idi, ailə həyatı qurmuşdu. Hadisənin onun qaynatasına məxsus evdə baş verdiyi deyilir, həyat yoldaşı partlayış zamanı Qubada olub.
Artıq mərhum polis əməkdaşının meyiti doğulduğu Qubanın İkinci Nügədi kəndinə gətirilib.
Məhəmməd Babayev Bu gün, həmin kəndin məzarlığında torpağa tapşırılacaq.