Bayram günü Gəncədə vətəndaşların üstünə partlayıcı maddə atan şəxslər həbs edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.
Belə ki, dekabrın 31-də Gəncə İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil olunan tədbirdə anunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların narazılığına səbəb olan şəxslər saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan, şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar.