“Ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər”.
BAKUXEBER.AZ Kulis-ə istinadla xəbər verir ki, bunu psixoterapevt Elmir Əkbər deyib.
Onun sözlərinə görə, Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatdır:
“Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi?
İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi”.