Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində guya intihar hadisəsi baş verib.
BAKUXEBER.AZ xəbər verir ki, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından ehtiyatsız davranması nəticəsində 7-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Məsələilə bağlı mərhumun qardaşı Vasif Qabilli ilə əlaqə saxladıq.
Qardaşı təsdiq etdi ki,bacım Samidə Qabilli eyvandan paltarları yığan zaman ehtiyatsız davrandığına görə yıxılaraq dünyasını dəyişib.
Xatırladaq ki,yalan məlumatı içtimaiyyətə yayan “OXU.AZ”saytı olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.