“Aktyor Bəhram Bağırzadə sosial şəbəkələrdə rayondan Bakıya gələn vətəndaşlarımızla bağlı səsləndirdiyi fikirlərə görə bu insanlardan üzr istəməlidir. O,deyir ki, Bakı bakılılar üçündür. Xeyr, bu yanlış bir fikirdir. Bakı bütün vətəndaşlar üçündür”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, aktyorun bölgələrdən gələn insanlar haqda aşağılayıcı fikirlər səsləndirməsi yolverilməzdır:
“Bəhram Bağırzadə yanlış fikirlər səsləndirb. Bakı əhalisini mənsub olduğu bölgəyə görə araşdırsaq, mütləq hansı mərhələdəsə onun bölgə və ya kəndlərlə bağlı olduğunun şahidi olacağıq. Bölgələrdən Bakıya gəlib yaşayan, dövlətə, vətənə, millətə xidmətlə yadda qalan ziyalılarımız, alimlərimiz, böyük mütəfəkkirlərimiz var.
Bunu yaddan çıxarmaq olmaz. Mən aktyorun regiondan paytaxta gələn insanlar haqqında belə xoşagəlməz ifadələr işlətməsini şiddətlə qınayıram. Ondan bu yanlış hərəkətinə görə insanlardan üzr istəməsini tələb edirəm”.